"Klassiklər"imizdən rekord nəticə

"Klassiklər"imizdən rekord nəticə

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycan yunan-Roma güləşi millisi rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, mundialda 4 medal qazanan yığma tarixdə ən yaxşı göstəricisinə nail olub. 

Ölkəmizin klassik güləşçiləri DÇ-lərdə bunadək ən yaxşı halda 3 medala sahib çıxmışdılar. 

Bundan başqa, 6 illik fasilədən sonra yunan-Roma millimiz komanda hesabında DÇ-də ilk “3-lük”də yer almağa çox yaxındır. Hazırda yığmamız 87 xalla Rusiya və İrandan sonra 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, son yarış günündə daha iki təmsilçimiz komandamızın aktivinə medal yazdıra bilər. Taleh Məmmədov (63 kq) birbaşa üçüncülük görüşünə qatılacaqsa, 67 kq-da yarışan Həsrət Cəfərov təsəlliverici mərhələdə mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər