Keyndən unikal rekord - Bunu nə Messi bacarıb, nə də Ronaldu

Keyndən unikal rekord - Bunu nə Messi bacarıb, nə də Ronaldu

İngiltərə millisinin hücumçusu Harri Keyn dünya çempionatında unikal göstəriciyə imza atıb.

Fanat.Az xəbər verir ki, onun mundiallarda "çərçivə"yə endirdiyi 7 zərbənin hamısı qolla nəticələnib. 

Bunu DÇ tarixində indiyədək heç kim bacarmayıb.

Qeyd edək ki, İngiltərə millisi dünən Seneqal yığmasını 3:0 hesabı ilə yenərək adını 1/4 finala yazdırıb.  Keyn ilk yarıya əlavə edilmiş vaxtda rəqib qapısına yol tapıb. Sözügedən futbolçu afrikalılarla oyunun ən yaxşı futbolçusu seçilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər