Keyn Ronaldunu geridə qoydu

Keyn Ronaldunu geridə qoydu

Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Panama millisini 2:0 hesabı ilə məğlub edən İngiltərə yığmasının qollarından birinə imza atan hücumçu Harri Keyn Portuqaliya seçməsinin və "Əl-Nəsr"in 41 yaşlı futbolçusu Kriştianu Ronaldunu geridə qoyub.

Fanat.Az xəbər verir ki, Keyn 21-ci əsrdə bir mövsüm ərzində klubda və yığmada imza atdığı qolların sayı baxımından Ronaldunu keçib.

Belə ki, britaniyalı forvard 2025/2026 "futbol ili"ndə 70-ci dəfə rəqib qapılarına yol tapıb. Kriştianu isə 2011/2012 mövsümündə 69 dəfə adını tabloya yazdırıb.

21 əsrin rekordu isə Lionel Messiyə məxsusdur. Leo 2011/2012 mövsümündə "Barselona" və Argentina seçməsində 82 qola sevinib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər