Kazanda millimizin baş məşqçisini qovublar

Kazanda millimizin baş məşqçisini qovublar

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunları çərçivəsində bu gün Qırğızıstanla görüşə baş məşqçisiz çıxıb. 

Fanat.Az-ın məlumatına görə, buna səbəb baş məşqçi Ağatahir Əzimovun sentyabrın 6-da Belarusla görüşdən sonra hakimlərə yaxınlaşaraq onlara sərt etiraz bildirməsi olub.  Ədalət təmsilçiləri aqressiv məşqçiyə qırmızı vərəqə göstərməli olub.

Belədə cəzalı Əzimov bugünkü görüşdə texniki zonada yer almayıb. Qeyd edək ki, U-19 ilk oyunda Belarusa biabırçı hesabla (0:6) uduzub.

Mirağa       

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər