Karateçimiz Türkiyədə finala yüksəldi

Karateçimiz Türkiyədə finala yüksəldi

Azərbaycan təmsilçisi Fidan Teymurova Türkiyənin Kocaeli şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəlib.

Fanat.Az xəbər verir ki, F.Teymurova 75 ölkədən 1 078 idmançının iştirak etdiyi Karate1 Seriya A turnirində finala vəsiqə qazanıb.

Azərbaycan karateçisi bir-birinin ardınca Belçika, Misir, Türkiyə, İran və Əlcəzair idmançılarını məğlub edib. F.Teymurova qızıl medal uğrunda həlledici görüşdə Xorvatiya təmsilçisi ilə qarşılaşacaq.

Hindistan, İran, Türkiyə və Ukrayna komandalarının üzvlərini məğlub edən Osman Osmanlı (84+ kq) isə yarımfinalda uduzsa da, bürünc medal uğrunda yarışacaq.

Yarış sentyabrın 25-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər