Karate 1 Liqasından 2 medalla

Karate 1 Liqasından 2 medalla

Azərbaycan yığma komandasının üzvləri İtaliyanın Venesiya şəhərində WKF növləri üzrə gənclər arasında Karate 1 Liqasında iştirak ediblər.

Fanat.Az xəbər verir ki, yarış iki idmançımızın qələbəsi ilə yekunlanıb.

Kata üzrə oğlanlar arasında 14-15 yaş qrupunda çıxış etmiş Salman Salmanov bürünc medal qazanıb. 16-17 yaşlı oğlanlar arasında çıxış edən Fərid Hacızadə (-55 kq kumite) isə gümüş medal əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər