Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

Futbol üzrə dünya çempionatının B qrupunda turnirin ev sahiblərindən olan Kanada və Bosniya və Herseqovina yığmaları yaşıl meydana çıxıb.

Fanat.Az xəbər verir ki, "Toronto" stadionunda baş tutan gərgin qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticə ilə Kanada millisi öz evində oynadığı ilk mundial matçında dünya çempionatları tarihindəki ilk xalını rəsmən aktivinə yazdırıb. Karyerasında 1986 və 2022-ci illərdən sonra sayca 3-cü dəfə bu mötəbər turnirə qatılan şimal təmsilçisi, əvvəlki iki çempionatda keçirdiyi bütöv 6 oyunun hamısında məğlub olmuş, cəmi 2 qol vurub qapısında 12 qol görmüşdü.

Görüşün gedişatına gəldikdə isə, bosniyalılar 21-ci dəqiqədə Yovo Lukiçin qolu ilə önə keçsələr də, Kanada 78-ci dəqiqədə Larinin vurduğu qolla bərabərliyi təmin edərək tarixi uğura imza atıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər