İtaliyanın DÇ-də mümkün iştirakı istisna edildi

İtaliyanın DÇ-də mümkün iştirakı istisna edildi

FİFA prezidenti Canni İnfantino İtaliyanın 2022-ci il dünya çempionatında İranı əvəzləməyəcəyini deyib.

Fanat.Az xəbər verir ki, "Football Italia" ali futbol qurumunun prezidentinin dediklərini belə çatdırıb:

"Gəlin ciddi olaq, xahiş edirəm. Bu, baş verməyəcək!"

Daha öncə bildirilmişdi ki, FİFA İranı DÇ-dən kənarlaşdıra bilər. Səbəb kimi bu ölkədə qadınların stadionlara getməsinə icazə verilməməsi göstərilirdi. Belə olacağı halda, İranın yerinə mundiala sonuncu Avropa çempionu İtaliyanın gedəcəyi bildirilirdi.

Xatırladaq ki, martın 25-də İtaliya və Şimali Makedoniya milli komandaları arasında DÇ-2022-nin pley-off mərhələsinin yarımfinal oyunu keçirilib. 1:0 hesablı qələbə qazanan makedoniyalılar "skuadra adzurra"nı mundialsız qoyub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər