İtaliyada fevral ayının ən yaxşı məşqçisi bilindi

İtaliyada fevral ayının ən yaxşı məşqçisi bilindi

İtaliya A Seriyasında fevral ayının ən yaxşı məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Ötən ayın ən yaxşısı “Atalanta”nın baş məşqçisi Raffaele Palladino olub. Onun komandası fevral ayında 4 oyun keçirib və 3-də qələbə qazanıb. “Atalanta” “Kremoneze”yə (2:1), “Latsio”ya (2:0) və “Napoli”yə (2:1) qalib gəlib, “Komo” ilə heç-heçə edib (0:0).

27 turdan sonra “Atalanta” 45 xal toplayıb və turnir cədvəlində 7-ci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər