İstefa verən Fazil Məmmədovun yerinə yeni prezident seçildi

İstefa verən Fazil Məmmədovun yerinə yeni prezident seçildi
Azərbaycan Güləş Federasiyasının (AGF) yeni prezidenti müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, bu vəzifədən istefa vermiş sabiq vergilər naziri Fazil Məmmədovu Namiq Əliyev əvəzləyib.
Əliyev Məmmədovun rəhbərliyi dövründə I vitse-prezident kimi çalışıb, istefasından sonra isə federasiya prezidenti əvəzi olub.
Xəbəri "Report"a AGF-dən də təsdiqləyiblər. 
Qeyd edək ki, Namiq Əliyev həm də Dünya Güləş Birliyinin büro üzvüdür. Fazil Məmmədov isə AGF-yə 2007-2018-ci illərdə rəhbərlik edib. O, hazırda Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarının prezidenti kimi qalır. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər