İspaniyadan dünya çempionatında inanılmaz rekord

İspaniyadan dünya çempionatında inanılmaz rekord

Dünya çempionatının 1/8 final mərhələsində İspaniya və Portuqaliya milliləri üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, gərgin keçən dueldə İspaniya yığması Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.

Matçda "buğalar"a qələbə qazandıran yeganə qola Mikel Merino imza atıb.

Bu qələbə ilə İspaniya millisi DÇ-2010-dakı çempionluğundan sonra ilk dəfə dünya çempionatlarında 1/4 finala yüksəlməyi bacarıb. Üstəlik, Portuqaliya qarşısında da qapısını toxunulmaz saxlayan "la roxa" mundiallar tarixində ardıcıl 6 oyunda qol buraxmayan ilk komanda kimi tarixi rekord müəyyənləşdirib.

"Matadorlar" 2022-ci ildəki son matçını 0:0 tamamladıqdan sonra, DÇ-2026-dakı ilk 5 qarşılaşmada da rəqiblərinə qol vurmaq izni verməyiblər. Bu uğurlu nəticə ilə bütün turnirlərdəki məğlubiyyətsizlik seriyasını 35 oyuna çatdıran İspaniya seçməsi özünün 2007-ci ilin fevralından  2009-cu ilin iyununadək qeydə alınan rekordunu təkrarlayıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər