"İspaniya ilə heç-heçəni sensasiya saymıram" - Joze Alesio 

"İspaniya ilə heç-heçəni sensasiya saymıram" - Joze Alesio 

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının qrup mərhələsində İspaniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, braziliyalı mütəxəssis 2:2 hesabıyla bitən matçdan sonra belə danışıb:

“Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar. Bu gün də bunu sübut etdik. Bu görüşdəki motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər. İspaniya ilə matçda futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, rəqib matçın favoriti sayılırdı, amma nəticəni sensasiya saymıram. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bu görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik. Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Hersoqivaniya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər