İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

Futbol üzrə dünya çempionatının təhlükəsizliyi ciddi kiberhücum təhdidi ilə qarşı-qarşıya qalıb.

Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, İrana bağlı olduğu bildirilən "Handala" haker qrupu FTB-yə (FBI) məxsus pilotsuz uçuş aparatlarının (dronların) sisteminə sızdıqlarını iddia edərək, turnirin təhlükəsizliyi ilə bağlı birbaşa təhdidlər yayıb.

ABŞ rəsmi qurumları məsələyə olduqca ciddi yanaşır və sözügedən haker qrupunun şəxsiyyətinin müəyyənləşdirilməsinə kömək edəcək məlumat üçün tam 10 milyon dollar mükafat təyin edib.

Hazırda turnirin gedişatına hər hansı bir xələl gəlməməsi üçün rəsmi kibertəhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Kamil Xudiyev

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər