İran millisinin üzvləri FİFA-ya səsləndilər: "Qətərə buraxmayın!"

İran millisinin üzvləri FİFA-ya səsləndilər: "Qətərə buraxmayın!"

İspaniyanın "Ruiz-Huerta y Crespo" hüquq firması İranın bir qrup keçmiş və indiki idman xadimi adından FİFA-ya məktub göndərib.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, idman ictimaiyyətinin tanınan simaları beynəlxalq futbol qurumunu İran Futbol Federasiyasının (FFIRI) fəaliyyətini dayandırmağa və bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirakını qadağan etməyə çağırıb.

Məktubda dərc olunan press-relizdə deyilir: "İranın öz xalqına qarşı qəddarlığı son nöqtəyə çatıb ki, bu da futbol və idman dünyasından birmənalı və qəti şəkildə ayrılmağa çağırır".

Sözügedən məktubu İran millisinin keçmiş kapitanları Əli Kərimi və Mehdi Mahdavikia, həmçinin, digər veteran futbolçular Mehrdad Poladi və Behşad Yavərzadə imzalayıb.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. İran noyabrın 21-də İngiltərə, 25-də Uelslə qarşılaşacaq. Noyabrın 29-da isə ABŞ-la prinsipial matç baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər