İran millisi ABŞ-ni tərk etdi

İran millisi ABŞ-ni tərk etdi

Futbol üzrə İran millisi hazırda davam edən dünya çempionatının 1-ci turunda Yeni Zelandiya ilə keçirdiyi matçdan (2:2) sonra ABŞ-ni tərk edib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Romen Molina yayıb.

Məlumata görə, iranlıların İnqlvuddakı "Sou Fay" stadionunda reallaşan qarşılaşmanın ardından Los Ancelesdə gecələyəcəyi və səhər bərpa məşqinə çıxacağı güman edilsə də, komanda G qrupundakı görüşün ardından Meksikaya yola düşüb. İran seçməsinin bazası bu ölkənin ABŞ sərhədinə yaxın ərazisindədir. 

İyunun 11-də başlayan DÇ-2026 iyulun 19-da yekunlaşacaq.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər