İki karateçimiz Avropa çempionatının finalında

İki karateçimiz Avropa çempionatının finalında

Qvadalaxarada (İspaniya) karate üzrə Avropa çempionatı keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri fərdi yarışda mübarizə aparıblar. Nəticədə iki qadın karateçimiz - İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) finala yüksəlib.

Zaretska həlledici dueldə isveçrəli Elena Quirici ilə, Əliyeva almaniyalı Yohanna Kneer ilə üz-üzə gələcək.

Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıblar.

Medallar uğrunda döyüşlər sabah keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər