Həmyerlimiz Rusiyada daha 5 il prezident olacaq

Həmyerlimiz Rusiyada daha 5 il prezident olacaq

Rusiya Mini Futbol Assosiasiyasının (AMFR) preqzidenti Emil Əliyev daha 5 il bu quruma rəhbərlik edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Əliyev 2026 -cı ilə qədər prezident vəzifəsində çalışacaq. Əslən azərbaycanlı olan funksioner ilk dəfə 2011-ci ildə AMFR rəhbəri seçilib,  2016-da ikinci müddətə postunda qalıb.

Əliyevin 43 yaşı var, 2005-2011 -ci illərdə AMFR -in baş direktoru olub. 2016-cı ildən - Rusiya Futbol İttifaqı (RFU) İcraiyyə Komitəsinin üzvüdür. O, 2019-cu ildə  Rusiyanın Əməkdar Bədən Tərbiyəsi İşçisi fəxri adına layiq görülüb.

 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər