Halep avqustda İtaliyada korta çıxacağını təsdiqlədi

Halep avqustda İtaliyada korta çıxacağını təsdiqlədi
Dünya "iki nömrə"si Simona Halep avqustun 3-də Palermoda start götürəcək turnirə qatılacaq.
Fanat.Az "Palermo Ladies Open"in "Twitter" hesabına istinadən xəbər verir ki, Halep iştirakını təsdiqləyib.
Turnirin direktoru Olivyero Palma "ilk onluq"da qərarlaşan tennisçilərin iyulun 31-nə kimi müraciət edə biləcəklərini və onlar üçün "wild card"-ın nəzərdə tutulduğunu bildirib. Haleplə yanaşı, top-40-dan daha 9 raketka ustasının "Palermo Ladies Open"ə qatılacağı dəqiqdi.
Qeyd edək ki, Palermoda azarkeşlərin oyunları tribunalardan izləməsinə icazə veriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər