Hacımurad Hacıyev bürünc medal aldı

Hacımurad Hacıyev bürünc medal aldı
Varşavada güləş üzrə "Poland Open” turniri davam edir.
 
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə 61, 65, 74, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
 
Yarışa 1/4 finaldan start verən Hacımurad Hacıyev iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Ancaq yarımfinalda İranın digər təmsilçisinə məğlub olub. Hacıyev Polşa güləşçisini rahat üstələyərək bürünc medala sahib olub.
 
74 kq
1/4 final: Hacımurad Hacıyev - Yunis İmamişoqayi (İran) 4:2
1/2 final: Hacımurad Hacıyev - Mustafa Hüseynxani (İran) 0:3
Bürünc medal görüşü: Hacımurad Hacıyev - Kamil Ribiçki (Polşa) 9:1
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər