Güləşçimiz Rusiyada qızıl medal qazandı

Güləşçimiz Rusiyada qızıl medal qazandı

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Rusiyanın Krasnoyarsk şəhərində keçirilən ikiqat olimpiya çempionu İvan Yarıginin xatirə turnirinin qalibi olub.

Fanat.Az xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Kolesnik finalda rusiyalı Jarqalma Tsırenova üzərində əzmkar qələbə qazanıb - 5:3.

O, əvvəlki qarşılaşmalarında rusiyalı Yuliya Artışkoya "tuşe" ilə, 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjava sonuncu xal prinsipinə əsasən (6:6), yarımfinalda daha bir rusiyalı Yuliya Alborova üzərində tam üstünlüklə (14:1) qələbə qazanıb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər