Güləşçimiz reytinq turnirində gümüş medal qazandı

Güləşçimiz reytinq turnirində gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin sonuncu reytinq turniri start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə yığmanın 2 üzvü mübarizə aparıb.

Abubakr Abakarov (86 kq) ilk görüşdə israilli Yuri Kalaşnikova 8:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Osman Göçenə 3:6 hesabıyla məğlub olub.

Maqomedxan Maqomedov (97 kq) macarıstanlı Vladislav Baytsayevə (7:6), qazaxıstanlı Əlişir Yergaliyə (6:3) və almaniyalı Erik Tileyə (7:1) qalib gələrək finala yüksəlib. Ancaq topuğundan zədələndiyi üçün amerikalı olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşmada iştirak etməyib. Belədə Maqomedxan gümüş medalla kifayətlənib.

Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçilərimiz turnirdə iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər