Güləşçilərimizdən “Zəfər kuboku”nun ilk günündə 6 medal

Güləşçilərimizdən “Zəfər kuboku”nun ilk günündə 6 medal

Türkiyənin Antalya şəhərində yeniyetmələr (U-17) arasında "Zəfər Kuboku" start götürüb.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 güləşçisi fəxri kürsüyə qalxıb.

Qızların yarışında Günay Qurbanova (61 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Yunan-Roma güləşində isə Turan Daşdəmirov (45 kq) və Əli Seyidəlili (51 kq) çempion olub. Nurlan İbadzadə (60 kq) gümüş, Roman Kərimovla (60 kq) Cavidan Nehmətov (71 kq) isə bürünc medal əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər