Güləşçilərimiz Türkiyə turnirinə bir dəst medalla başladı

Güləşçilərimiz Türkiyə turnirinə bir dəst medalla başladı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 130 kq-da mübarizə aparan Beka Kandelaki həlledici qarşılaşmada türkiyəli Osman Yıldırımla üz-üzə gəlib.

Dueldən 1:3 hesabı ilə məğlub ayrılan Kandelaki gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri yarışın ilk gününü bir dəst medalla tamamlayıblar. Xatırladaq ki, daha əvvəl İslam Abbasov (87 kq) qızıl, Taleh Məmmədov (63 kq) bürünc medal qazanıb.

 

 

***

 

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Türkiyənin İstanbul şəhərində Yaşar Doğuz Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 87 kq-da yer alan 26 yaşlı idmançı finalda gürcüstanlı Zurabi Datunaşvili ilə qarşılaşıb. Dünya və Avropa çempionu olan rəqibinə 6:3 hesabı ilə qalib gələn Abbasov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

***

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançı qırğızıstanlı Dastan Kadırovla qarşılaşıb.

Rəqibinə 8:0 hesabı ilə qalib gələn Məmmədov turnirdə 3-cü yeri tutub.

Qeyd edək ki, 60 kq-da çıxış edən Eldəniz Əzizli isə bürünc medal uğrunda qarşılaşmada hindistanlı Qyanender Qyanenderə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər