Güləşçilərimiz ilin ilk sınağına Bolqarıstan və Türkiyədə çıxacaq

Güləşçilərimiz ilin ilk sınağına Bolqarıstan və Türkiyədə çıxacaq

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarının 2022-ci ildə qatılacağı ilk yarışlar bəlli olub.

Fanat.Az xəbər verir ki, sərbəst güləş yığmasının Bolqarıstanın Veliko Tarnovo şəhərindəki Dan Kolov - Nikola Petrov turnirində iştirakı gözlənilir.

Həmin yarış 17 - 20 fevralda təşkil olunacaq.

Yunan-Roma güləşçiləri isə cari ilə Türkiyədə start verəcək. Aleksandr Tarakanovun baş məşqçi olduğu komanda 24 - 27 fevralda İstanbulda Yaşar Doğu, Vehbi Emre və Hamit Kaplan turnirinə qatılacaq.

Qeyd edək ki, qadın güləşçilər 26 - 30 yanvarda Rusiyanın Krasnoyarsk şəhərində İvan Yarıgin Qran-Prisində mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər