Güləş üzrə millimiz Avropa çempionatında mübarizəyə başlayır

Güləş üzrə millimiz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Serbiyanın Zrenyanin şəhərində güləş üzrə gənclər (U-23) arasında Avropa çempionatı başlayır.

Fanat.Az xəbər verir ki, qitə yarışının ilk günündə beş sərbəst güləşçimiz döşək üzərinə çıxacaq. 

Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Zəfər Əliyev (97 kq) mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər