Liqa 1: Messi debüt, Mbappe dubl etdi

Liqa 1: Messi debüt, Mbappe dubl etdi

Futbol üzrə Fransa çempionatında 4-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun əksər qarşılaşmaları son oyun günündə baş tutub.   “Klermon” – “Mets” və “Lans” – “Loryan” görüşləri heç-heçə bitib. “Anje” “Renn”i, “Strasburq” isə “Brest”i məğlub yola salıb.   Səfərdə “Trua” ilə qarşılaşan “Monako” turu qələbə ilə başa vurub. Əvvəlki üç turda qələbəyə həsrət qalan son çempion “Lill” mövsümün ilk zəfərini qazanıb. "İtlər" evdə “Monpelye”ni yenib.   PSJ isə səfərdə “Reyms”lə qarşılaşıb. Argentinalı hücumçu Lionel Messinin debüt etdiyi bu matçda Paris təmsilçisi inamlı qələbəyə sevinib.

Liqa 1 3-cü tur 27 avqust

"Nant" - "Lion" 0:1 Qol: Dembele, 35.

28 Avqust

"Nitsa" - "Bordo" 4:0 Qollar: Klüyvert, 7. Quiri, 33, 42. Tyuram, 85

"Olimpik Marsel" - "Sent Etyen" 3:1 Qollar: Qenduzi, 23. Jerson, 51, Under, 69 - Kolodzeyçak, 32

29 avqust

Trua – Monako 1:2 Qollar: Aqilar, 51-öz qapısına – Diop, 40; 58.

Anje – Renn 2:0 Qollar: Bufal, 57. Ço, 88.

Klermon – Mets 2:2 Qollar: Niakate, 35-öz qapısına. Raşani, 58 – Niane, 10. Desmas, 29-öz qapısına.

Lans – Loryan 2:2 Qollar: Kloss, 24. Fofana, 70 – Loryan, 27. Monkondui, 35.

Strasburq – Brest 3:1 Qollar: Prçiç, 24. Duverne, 42-öz qapısına. Tomasson, 84 – Kardona, 26.

Lill – Monpelye 2:1 Qollar: Yazıçı, 45+1. David, 57 – Laborde, 45+3.

Reyms – PSJ 0:2 Qollar: Mbappe, 16; 63.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər