Filipp Lam Qətərə getməyəcəyini açıqladı

Filipp Lam Qətərə getməyəcəyini açıqladı

"Bayern Münhen"in və Almaniya millisinin sabiq müdafiəçisi Filipp Lam ölkəsinin yəğmasının da qatılacağı DÇ-2022-yə baxmaq üçün Qətərə getməyəcəyini bəyan edib.

Fanat.Az xəbər verir ki, "Kicker" Lamın dediklərini belə çatdırıb:

"Mən nümayəndə heyətinin tərkibində deyiləm və azarkeş qismində Qətərə uçmağa can atmıram. Ən yaxşısı turniri evdə izləməkdir. DÇ-yə ev sahibi seçərkən insan hüquqları əsas götürülməlidir. Qətərin hansı meyarlara əsasən bu hüquqa yiyələndiyini aydınlaşdırmaq lazımdır. Görünən budur ki, seçim zamanı ümumi sabitlik və ölkələrin ölçüsü belə, nəzərə alınmayıb".

Qeyd edək ki, mundial 21 noyabr - 18 dekabr aralığında keçiriləcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər