FİFA plastik butulkaları yasaqladı

FİFA plastik butulkaları yasaqladı

FİFA iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları zamanı azarkeşlərin stadionlara plastik butulkalar gətirməsinə qadağa qoyub.

Fanat.Az ali futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qaydalar mundialın startına bir həftə qalmış yenilənib.

Yayılan rəsmi bəyanatda bu qərarın futbolçuların və digər şəxslərin təhlükəsizliyi məqsədi ilə verildiyi vurğulanıb. Stadionlarda satılacaq qablaşdırılmış suyun qiymətinin münasib olacağı da diqqətə çatdırılıb.

Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər