FİFA oyunların vaxtını artırır

FİFA oyunların vaxtını artırır

FIFA oyunların əsas vaxtına əlavə olunmuş dəqiqələrin artırılmasını nəzərdən keçirir.

Fanat.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. 

Görüşlərin vaxtının 100 dəqiqədən çox olacağı gözlənilir. 

İddiaya görə, yeniliklər Qətərdə keçiriləcək dünya çempionatında sınaqdan keçirilə bilər. Ancaq bunun üçün FIFA Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) razılığını almalı olacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər