FİFA Argentina millisinə CONMEBOL-dan 4 dəfə çox pul ödəyəcək

FİFA Argentina millisinə CONMEBOL-dan 4 dəfə çox pul ödəyəcək

DÇ-2022-nin qalibi olan Argentina millisinin qazandığı ümumi mükafatın məbləği bəlli olub.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "tanqoçular" 52 milyon dollar qazanıb.

Bu məbləğin 10 milyon dolları Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), 42 milyon dolları isə FİFA  tərəfindən ödəniləcək.

Qeyd edək ki, Argentina finalda Fransanı oyunsonrası penaltilərlə üstələyərək tarixində 3-cü dəfə dünya çempionu ünvanına sahib çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər