Evi qarət olunan forvard Qətərə qayıdır - Fransaya qarşı oynayacaq?

Evi qarət olunan forvard Qətərə qayıdır - Fransaya qarşı oynayacaq?

Londondakı evinin qarət edilməsi səbəbindən Qətərdəki dünya çempionatında mübarizə aparan İngiltərə millisini tərk edən "Çelsi"nin futbolçusu Rahim Sterlinq düşərgəyə qayıdacaq.

Fanat.Az İngiltərə Futbol Assosiasiyasının (EFA) saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu dekabrın 9-da yenidən kollektivlə məşqlərə qoşulacaq.

Təcrübəli oyunçunun adı DÇ-2022-nin 1/4 final mərhələsində Fransa ilə keçiriləcək matçda millinin iştirak ərizəsinə salınacaq. Qarşılaşma dekabrın 10-da olacaq.

Qeyd edək ki, silahlı soyğunçular tərəfindən evi qarət olunduğu üçün EFA-dan icazə alaraq ailəsinin yanına gedən Rahim Sterlinq mundialda Seneqala 3:0 hesabı ilə qalib gəldikləri 1/8 final matçında da iştirak etməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər