Elçin Səmədli dünya çempionatına təyinat aldı

Elçin Səmədli dünya çempionatına təyinat aldı

Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA tərəfindən təyinat alıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Futzal Federasiyası yayıb.

O, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. Səmədli aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər