Dünya çempionatının ev sahibi müəyyənləşdi

Dünya çempionatının ev sahibi müəyyənləşdi

Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda səsvermə yoluyla gələn il keçiriləcək Paris-2024-ə lisenziya xarakteri daşıyan dünya çempionatının məkanı müəyyənləşib. Mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək. 

Daha öncə ev sahibi kimi Rusiyanın Krasnoyarsk şəhəri təsdiq edilmişdi. Ancaq Beynəlxalq Olimpiya Komitəsinin Rusiyaya tətbiq etdiyi sanksiyalara uyğun olaraq, lisenziya xarakterli dünya çempionatının məkanı dəyişdirilib. Həmçinin, mundialın tarixində də dəyişiklik gözlənilir. Daha öncə 16-24 sentyabrda DÇ-nin keçirilməsi nəzərdə tutulmuşdu. Sentyabrın 23-də Asiya Oyunları start götürəcək. Bunu nəzərə alan UWW mundialın keçirilmə vaxtını dəyişdirməyi planlaşdırır.

Qeyd edək ki, bu yarışda hər çəkidə 3 idmançı Olimpiadaya vəsiqə qazanacaq. Ümumilikdə Belqradda 90 güləşçi ölkəsinə lisenziya qazandıracaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər