Dünya çempionatında kimlər güləşəcək?

Dünya çempionatında kimlər güləşəcək?

Norveçin paytaxtı Osloda keçiriləcək güləş üzrə dünya çempionatı üçün Azərbaycan yunan-Roma güləşi millisinin ilkin heyəti məlum olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, məşqçilər heyəti mundialda Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelakiyə (130 kq) şans verməyi planlaşdırır.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 2-dən 10-dək baş tutacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər