Dünya çempionatı hələ belə təkan görməmişdi

Dünya çempionatı hələ belə təkan görməmişdi

Dünya Çempionatında İraqa qarşı keçirilən matçda Norveç millisinin ulduz hücumçusu Erlinq Halandın dublu ölkəsində unikal hadisəyə səbəb olub.

Fanat.Az Fransanın məşhur "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçunun qolları vurduğu dəqiqələrdə Norveçdə sözün əsl mənasında yer yerindən oynayıb.

Bergen şəhərindəki seysmik stansiya Halandın qol sevincləri ilə tam eyni saniyələrdə kiçik yeraltı təkanlar qeydə alıb. Mütəxəssislər bu mikrozəlzələlərin səbəbinin norveçli azarkeşlərin evdəki çılğın qol qeyd etmələri və kütləvi tullanmaları olduğunu bildirirlər.

Halandın vurduğu iki qol təkcə stadionu deyil, seysmoqrafları da hərəkətə gətirərək futbol tarixinə keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər