DÇ: Qadın güləşçilərimizin son medal ümidi də puça çıxdı

DÇ: Qadın güləşçilərimizin son medal ümidi də puça çıxdı

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində yer alan idmançı ukraynalı Alina Akobiya ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə uduzan Əliyeva 5-ci yerlə kifayətlənib.

Bununla da qadın güləşi üzrə Azərbaycan yığması mundialda çıxışını medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər