Dik Advokat millinin baş məşqçi postundan getdi

Dik Advokat millinin baş məşqçi postundan getdi

Futbol üzrə İraq millisinin baş məşqçisi Dik Advokat postunu tərk edib. 

Fanat.Az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.   Niderlandlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən ayrılıb. 74 yaşlı baş məşqçini köməkçisi Jelko Petroviçin əvəzləyəcəyi bildirilib.   Advokat bu ilin iyununda İraq millisinin baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi 6 oyunda cəmi 4 xal toplaya bilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər