De Bröyne Belçikaya necə mane olub? - Dava-dalaşların səbəbkarı odur

De Bröyne Belçikaya necə mane olub? - Dava-dalaşların səbəbkarı odur

DÇ-2022-də qrupda qalaraq mübarizəni dayandıran Belçika yığmasının fiaskosunun əsas səbəbkarlarından birinin komandanın yarımmüdafiəçisi Kevin De Bröyne olduğu açıqlanıb.

Fanat.Az xəbər verir ki, "The Athletic" "qırmızı iblislər"in uğursuzluğunda Kevinin qalmaqallı müsahibəsinin xüsusi rol oynadığını vurğulayıb.

Xəbərə görə, komandada yaşlı futbolçuların sayı çox olduğu üçün dünya çempionluğunun xəyallarını qurmadığını söyləyən De Bröyne paltardəyişmə otağındakı ab-havanı korlayıb. Mənbə bu üzdən futbolçular arasında bir neçə dəfə sərt mübahisələr yaşandığını, Mərakeşlə matçın (0:2) ardından isə 35 yaşlı Yan Vertongenin "görünən budur ki, hücum xəttimiz qocadır" deməsini qabardıb. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər