Dağıstanda yalnız Nəsirov medal aldı

Dağıstanda yalnız Nəsirov medal aldı
Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, üç gün davam edən ənənəvi yarışda millimizin üzvləri də iştirak edib. Memorialda gənc güləşçimiz Əbülfəz Nəsirov (61 kq) fərqlənib. Pəhləvanımız bürünc medala sahib çıxıb. İslam Bazarqanov (57 kq), Coşqun Əzimov (74 kq) və İslam İlyasov (97 kq) isə 5-ci yerlə kifayətlənib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər