DÇ tarixində hələ Messi kimisi olmamışdı - Yeni rekord

DÇ tarixində hələ Messi kimisi olmamışdı - Yeni rekord

Argentina millisinin ulduzu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.

Turnirin tarixi ərzində heç bir futbolçu bu ünvana Messi qədər (8 dəfə) sahib çıxmayıb. Təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.

Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər