Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vurulur. Fanat.az xəbər verir ki, Türkiyə yığmasının yer aldığı D qrupunda artıqt mübarizə başa çatıb.
"Ay-ulduzlular" bunadək dünya çempionatına birbaşa vəsiqə əldə edən Hollandiyanı qəbul edib və 0:2 hesabı ilə uduzub. Hesabı Aryen Robben açıb. İkinci qolu Türkiyənin qapısından "Qalatasaray"ın üzvü Uesli Sneyder keçirərək, sabiq baş məşqçisi Fatih Terimi məyus edib. Bununla da "ay-ulduzlular"ın dünya çempionatına vəsiqə qazanmaq ümidi tükənib.
Rumıniya evdə Estoniyanı 2:0 hesabı ilə yenərək ikinci pilləni tutub. Bu qələbə rumınlara play-off mərhələsinə vəsiqə verib.
Macarıstan doğma arenada Andorranı 2:0 hesabı ilə məğlub edərək Türkiyənin üçüncü pilləni tutmasına imkan verməyib.
DÇ-2014
Seçmə mərhələ
15 oktyabr
D qrupu
Macarıstan - Andorra 2:0
Qollar: Nemanya Nikoliç, 51; 76.
Türkiyə - Hollandiya 0:2
Qollar: Aryen Robben, 8. Uesli Sneyder, 47.
Rumıniya - Estoniya 2:0
Qollar: Kiprian Marisa, 30-pen; 81.
| 1 | Hollandiya | 10 | 9 | 1 | 0 | 34-5 | 28 |
| 2 | Rumıniya | 10 | 6 | 1 | 3 | 19-12 | 19 |
| 3 | Macarıstan | 10 | 5 | 2 | 3 | 21-20 | 17 |
| 4 | Türkiyə | 10 | 5 | 1 | 4 | 16-9 | 16 |
| 5 | Estoniya | 10 | 2 | 1 | 7 | 6-20 | 7 |
| 6 | Andorra | 10 | 0 | 0 | 10 | 0-28 | 0 |
Fanat.az