DÇ-lər tarixində Lukaku kimisi olmamışdı

DÇ-lər tarixində Lukaku kimisi olmamışdı

Belçika millisinin hücumçusu Romelu Lukaku dünya çempionatları tarixində rekord reallaşdırıb.

Fanat.Az xəbər verir ki, 33 yaşlı forvard bu uğura DÇ-2026-nın 1/8 final mərhələsində ABŞ-ni darmadağın etdikləri matçda (4:1) qol vurmaqla imza atıb.

Matçın 67-ci dəqiqədə meydana çıxan ön xətt oyunçusu 90+3-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.

O, dörd mundial oyununda sonradan meydana çıxaraq fərqlənməyi bacaran ilk futbolçudur. Lukaku cari turnirdə üç, DÇ-2014-də bir dəfə buna nail olub.

Xatırladaq ki, iyunun 11-də başlayan DÇ-2026 iyulun 19-da yekunlaşacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər