DÇ: Dörd güləşçimiz medal qazandı

DÇ: Dörd güləşçimiz medal qazandı

Azərbaycanın 4 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında medal qazanıb.

Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmalarda Fəraim Mustafayev (55 kq) hindistanlı Surac Suraca, İsmayıl Rzayev (80 kq) isə türkiyəli Alperen Berberə uduzaraq ikinci yeri tutublar.

48 kq-da çıxış edən Səid Xəlilov və 110 kq-da mübarizə aparan Məzaim Mərdanov bürünc medal qarşılaşmalarında, müvafiq olaraq, yaponiyalı Yu Takemoto və gürcüstanlı Davit Mqeladzeyə qalib gələrək dünya üçüncüsü olublar.

65 kq çəki dərəcəsindəki Əli Əlizadə isə 3-cü yer medal uğrunda görüşdə özbəkistanlı Behruz Barnoyevlə bacarmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər