DÇ: Dağıstanlı legionerimiz medal qazandı

DÇ: Dağıstanlı legionerimiz medal qazandı

Azərbaycan komandası Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında ilk medalını qazanıb.

Fanat.Az xəbər verir ki, sərbəst güləş millimizin 86 kiloqram çəki dərəcəsindəki üzvü Abubakr Abakarov Slovakiya təmsilçisi Boris Makoyevi 9:5 hesabı ilə yenərək mundialın bürünc mükafatına sahib çıxıb.

Bu, 22 yaşlı güləşçinin karyerasında ilk DÇ medalı olub.

Xatırladaq ki, ardıcıl olaraq Almaniya, Ukrayna və Gürcüstan güləşçilərini üstələyən Abakarov finalın bir addımlığında ABŞ təmsilçisi Devid Teylora uduzmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər