DÇ: Bir güləşçimiz çempion oldu, digəri bürünc medal qazandı

DÇ: Bir güləşçimiz çempion oldu, digəri bürünc medal qazandı

Azərbaycan sərbəst güləşçiləri Murad Yevloyev və Əşrəf Aşırov U-23 dünya çempionatında bürünc medal uğrunda görüşlərini keçiriblər.

Fanat.Az xəbər verir ki, 70 kq-da çıxış edən Yevloyev İran təmsilçisi Əliəkbər Fəzlixəliliylə qarşılaşıb. Rəqibinə 3:4 hesabı ilə uduzan idmançımız beşinci yerlə kifayətlənib.

79 kq-da mübarizə aparan Aşırov isə İran yığmasının digər üzvü Əli Bəxtiyar Savadkuhiylə üz-üzə gəlib. Duel rəqibin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, sərbəst güləş millimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 

*** 21:39

Sərbəst güləşçimiz Zirəddin Bayramov U-23 dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Fanat.Az xəbər verir ki, 65 kq-da çıxış edən Zirəddin Bolqarıstan təmsilçisi Stilyan İliyevlə üz-üzə gəlib.

Cəmi 1 dəqiqə 39 saniyə ərzində rəqibinə tam üstünlüklə qalib gələn idmançımız yarışın bürünc mükafatını qazanıb.

Qeyd edək ki, bu gün daha iki sərbəst güləşçimiz - Murad Yevloyev (70 kq) və Əşrəf Aşırov (79) üçüncü yer uğrunda mübarizə aparacaq.

*** 21:26

Azərbaycan sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Qırğızıstan təmsilçisi Bekbolot Mirzanazar Uulu ilə qarşılaşıb.

Gərgin keçən dueldən 7:6 hesabı ilə qalib ayrılan pəhləvanımız mundialın qızıl medalını qazanıb.

Qeyd edək ki, bu gün yığmamızın üç üzvü - Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq) və Əşrəf Aşırov (79 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər