DÇ: Azərbaycan güləşçisi finalda

DÇ: Azərbaycan güləşçisi finalda

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən düyna çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, idmançı yarımfinalda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib. 

Rəqibini üstələyən Meşvildişvili həlledici görüşə vəsiqə qazanıb.

Medal qarşılaşmaları sabah baş tutacaq.

Nürəddin Novruzov (61), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) əvvəlki raundlarda məğlub olublar. 

Qeyd edək ki, mundial sentyabrın 21-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər