DÇ-2022: Türkiyə və Fransa rəqiblərinə acımadı

DÇ-2022: Türkiyə və Fransa rəqiblərinə acımadı

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun sonuncu oyun günündə 3 qrupda 7 qarşılaşma keçirilib.

G qrupunda Türkiyə yığması İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda Cəbəllütariq yığmasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviyanın müqavimətini qıra bilməyib. 

Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. 18 xala malik Norveç isə 3-cü pilləyə enib. 

Digər görüşlərdə qeydə alınan nəticələri təqdim edirik:

DÇ-2022, seçmə mərhələ IX tur 13 noyabr

D qrupu

18:00. Bosniya və Herseqovina - Finlandiya - 1:3 Qollar: Luka Menalo, 69 - Markus Forss, 29. Robin Lod, 51. Daniel O Şonessi, 73 Qırmızı vərəqə: Yukka Raytala, 37 (Finlandiya)   

23:45. Fransa - Qazaxıstan - 8:0 Qollar: Kilian Mbappe, 6; 12; 32; 87. Kərim Benzema, 55; 59. Adrian Rabyo, 75. Antuan Qrizmann, 84 (pen.) 

Xal durumu: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)

E qrupu

23:45. Uels - Belarus - 5:1 Qollar: Aaron Remzi, 3; 50 (pen.). Neko Uilyams, 20. Ben Devis, 77. Konnor Roberts, 89 - Artyom Konstevoy, 87

23:45. Belçika - Estoniya - 3:1 Qollar: Kristian Benteke, 11. Yannik Karrasko, 53. Torqan Azar, 74 - Erik Sorqa, 70

Xal durumu: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).

G qrupu

21:00. Norveç - Latviya - 0:0

21:00. Türkiyə - Cəbəllütariq - 6:0 Qollar: Kerem Aktürkoğlu, 11. Halil Dervişoğlu, 38; 41. Merih Demiral, 65. Serdar Dursun, 81. Mert Müldür, 84 Qırmızı vərəqə: Ceys Maskarenyas-Olivero, 22 (Cəbəllütariq)  

23:45. Monteneqro - Niderland - 2:2 Qollar: İliya Vukotiç, 82. Nikola Vuynoviç, 86 - Memfis Depay, 25 (pen.); 54 

Xal durumu: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər