DÇ-2022: Ronaldu favoritlərini açıqladı - İngiltərəni demədi

DÇ-2022: Ronaldu favoritlərini açıqladı - İngiltərəni demədi

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının 5 favoriti olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, "Marca" kapitanı olduğu yığmanı ən şanslılar arasında görməyən 37 yaşlı ulduzun dediklərini belə çatdırıb:

"Portuqaliya yığmasının böyük potensialı var, ancaq biz Qana ilə oyun barədə düşünməliyik. Yaxşı komanda ola bilsək, sonadək irəliləyəcəyik. çempion turnirin ən güclüsü olacaq. Bizim heyətimizdə isə bacarıqlı gənclər də var. Təcrübəlilər və gənclərdən təşkil edilmiş komandamız futbol ictimaiyyətini təəccübləndirə bilər. Portuqaliya AÇ-2016-da bunu bacarıb.

Mundialın favoritləri? Braziliya, Argentina, Fransa, İspaniya və Almaniya daha şanslı yığmalardır. Onlar bütün digər iştirakçılardan üstün görünürlər". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər