DÇ-2022: Qətərdəki stadionlarda pivə satılmayacaq - RƏSMİ

DÇ-2022: Qətərdəki stadionlarda pivə satılmayacaq - RƏSMİ

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində stadionlarında pivə satışı qadağan edilib.

Fanat.Az xəbər verir ki, məlumatı FIFA-nın rəsmi saytı yayıb.

Bildirilib ki, stadionlarda yalnız spirtsiz pivə satılacaq. Spirtli pivələrin satışı isə xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda gerçəkləşəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər