DÇ-2022: Polşa Rusiya ilə oyundan imtina etdi

DÇ-2022: Polşa Rusiya ilə oyundan imtina etdi

Futbol üzrə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu DÇ-2022-nin pley-off matçından imtina edib.

Fanat.Az xəbər verir ki, məlumatı ölkənin futbol ittifaqının prezidenti Çezare Kuleşa yayıb. 

Qurum rəhbəri bu barədə “Twitter” səhifəsində yazıb: “Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq”.

Xatırladaq ki, sözügedən qarşılaşma martın 24-nə planlaşdırılıb. Cütün qalibi İsveç – Çexiya matçının qalibi ilə martın 29-dakı finalda qarşılaşacaq. Bu görüşdə qalib gələn DÇ-2022-yə vəsiqə qazanacaq.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər